Otelin Tibbi bölməsi isə aşağıdakı hissələrdən ibarətdir :
• Naftalan Terapiya Mərkəzi
• Fizioterapiya və SPA
• Poliklinika
Naftalan Terapiya Mərkəzi 21 vanna otağından ibarətdir.Vanna otaqlarından 19-u naftalan, 2-si isə aroma və mineral vannalar üçündür. Naftalan vannalarından 11-i qadın,8-i isə kişilər üçün nəzərdə tutulub.Naftalan Terapiya Mərkəzində peşəkar tibbi heyət xəstələrin naftalan vannaları prosedurları üçün xidmət göstərir.
Fizioterapiya və SPA Mərkəzinin:
Fizioterapiya hissəsində xəstələrin naftalan vannalarına paralel olaraq fizioterapiya prosedurları ilə müalicəsi aparılır. Fizioterapiya prosedurlarına misal olaraq Ozonoterapiya, Elektroterapiya, Lazerterapiya,
Maqnitoterapiya, Hidrokolonoterapiya, Masaj-Manipulyasiya-Traksiya,İnfraqırmızı şüalanma,parafin, xüsusi inyeksiyalar və xüsusilə İqloterpiyanı misal göstərmək olar.
SPA hissəsində Klassik masaj, Əl-ayaq masajları,Bütün növ skrab masajları(yaşıl-çay kremli skrab masajı,kofe-skrab masajı,üz və bədən
skrab masajı, şam skrab masajı) və.s növləri üzrə xidmət göstərir.
Otelimizin birinci mərtəbəsində yerləşən 10 şöbədən ibarət Poliklinika geniş spektrli diaqnostika və müalicə xidməti göstərir. Poliklinika aşağıdakı şöbələrdən ibarətdir :
• Kardiologiya;
• Ginekologiya;
• Urologiya;
• Nevropatologiya;
• Ültra səs müayinəsi;
• Dermatologiya;
• Laboratoriya;
• LOR həkim müayinəsi;
• Terapevt müayinəsi;
• Təcili Yardım..
Naftalan nefti və müalicə istiqamətləri haqqında :
Naftalan nefti qatı konsentrasiyalı, qara-qəhvəyi rəngli özünəməxsus ətirli yanmayan mayedir. Naftalan neftinin əsas təsiredici maddəsi naften karbohidratlarıdır. Bu neft ağrıkəsici, iltihab əleyhinə, damargenişləndirici, antiallergik, mübadilə proseslərinin intensivliyini aktivəşdirən xüsusiyyətlərə malikdir. Bundan başqa Naftalan neftinin spermatogenez proseslərinin stimuledici, ovulyasiya və ovogenez proseslərinin tezləşdirici xassələri də mövcuddur. Naftalan nefti ilə 70-dən çox xəstəliyin müalicəsi aparılır. Əsas müalicə istiqamətləri aşağıdakılardır :
• Artologiya (Dayaq-hərəkət sitemi xəstəlikləri);
• Ginekologiya;
• Urologiya;
• Dermatologiya (Dəri xəstəlikləri);
• Nevrologiya (Sinir sistemi xəstəlikləri);
• Angiologiya (Periferik damar xəstəlikləri);
• Otorinolaringologiya (Qulaq-burun-boğaz xəstəlikləri).
Paket qiymətinə daxildir:
Ən azı 1 həftə qalanlar üçün;
1. Aqat restoranında səhər, nahar, axşam yeməkləri, yemək vaxtlarında su və çay;
2. Hər gün otaqlarda su və çay;
3. Check up müayinə;
4. Həkimlərin məsləhət görəcəyi sayda və müddətdə neft vannalarından istifadə;
5. Yarım-olimpik qapalı üzmə hovuzu,açıq üzmə hovuzu,türk hamamı ve saunadan istifadə;
6. Tam təchizatlı elektronik və mexaniki fitness avadanlıq və xidmətlərdən istifadə;
7. Wi-Fi internet xidmətindən istifadə.