Qold Naftalan sanatoriyası

Otelin yerləşdiyi ərazi : Azərbaycan Respublikası, Naftalan şəhəri, Nizami küçəsi 42

Beynəlxalq hava limanlarına və
dəmiryollarına olan məsafə : Bakı (H.Əliyev adına beynəlxalq hava limanı) – 340 km.
Gəncə hava limanı – 50 km. Goran dəmiryolu st. – 20 km.

Şəhər haqqında ümumi məlumat : Naftalan şəhəri Azərbaycanın şimal-qərb bölgəsində
yerləşir. Ərazisi 3572 ha. Əhalisi 10 000 nəfərdir.

GOLD & SPA NAFTALAN
haqqında ümumi məlumat : 2.5 hektar yaşıllıq ərazidə yerləşən GOLD&SPA NAFTALAN ən son
tibbi- texnoloji avadanlıqlarla təchiz edilmiş, peşəkar otel
personalı və tibbi heyət tərəfindən xidmət göstərilən,
müasir müalicə-istirahət kompleksidir.Müalicə-istirahət
kompleksi özündə 145 müxtəlif kateqoriyalı otel
nömrələrini,Poliklinika,Naftalan Terapiya Mərkəzi,
Fizioterapiya və SPA bölmələrini birləşdirir.

Otaqlar haqqında


*** Standart otaqların sahəsi 23m2, Standart otaqlarda 81 dioqanal LCD televizor, telefon, minibar, mərkəzi kondisioner sistemi mövcuddur.Vanna otağı duş-kabindir və vanna otağında fen mövcuddur. Standart otaqların bir qismində yataqlar french (iki nəfərlik tək böyük yataq), digər qismində isə twin-dir( bir nəfərlik iki ayrıca yataqlar). Otelin 117 Standart otağı mövcuddur.Standart otaqlarda maksimum 2 böyük və 1 uşaq (6 yaşa qədər) yerləşdirilir.

*** Superior otaqların sahəsi 40 m2, Superior otaqlarda 81 dioqanal LCD televizor, telefon, minibar,mərkəzi kondisioner sistemi mövcuddur.Vanna otağı duş-kabindir və vanna otağında fen mövcuddur.Superior otaqların bir qismində yataqlar french (iki nəfərlik tək böyük yataq),digər qismində isə twin-dir (bir nəfərlik iki ayrı yataqlar).Otelin 12 Superior otağı mövcuddur.Superior otaqlarda maksimum 4 böyük və ya 2 böyük + 2 uşaq (yaş fərqi yoxdur) yerləşdirilir.

***Suit otaqların sahəsi 56 m2, bu nömrələr 2 otaqlıdır (bir yataq otağı və bir salondan ibarətdir) Suit otaqlarda 81 və 101 dioqanallı LCD televizor, telefon, minibar, mərkəzi kondisioner sistemi mövcuddur.Vanna otağı duş-kabinalıdır və vanna otağında fen mövcuddur.Suit otaqların hamısı french (tək böyük yataq) yataqlıdır.Otelin 8 Suit otağı mövcuddur.Suite otaqlarda maksimum 3 böyük və 1 uşaq yerləşdirmək olur.

***Delüks otaqların sahəsi 94 m2, bu nömrələr 3 otaqlıdır (iki yataq otağı və bir salondan ibarətdir) Delüks otaqlarda 81 və 101 dioqanallı LCD televizor, telefon, minibar, mərkəzi kondisioner sistemi mövcuddur.Vanna otaqları duş-kabinalıdır və vanna otaqlarında fen mövcuddur.Delüks nömrənin yataq otağının biri french (tək qoşa yataq) və digər yataq otağı twin (iki ayrı yataq) yataqlıdır. Otelin 8 Delüks nömrəsi mövcuddur.Delüks otaqlarda maksimum 5 böyük və 1 uşaq yerləşdirmək olur.

Bundan başqa Otelin aşağıdakı hissələri mövcuddur :
• Səhər, nahar və şam yeməklərinin verildiyi “İsveç masası” tipli 250 nəfərlik Lüks Aqat Restoran;
• Ödənişli aleqart “Şuşa” restoranı və qonaqların açıq havada istirahəti üçün nəzərdə tutulmuş “Çinar bağı”kafesi;
• Qonaqlarımızın təzə meyvə şirəsi və kofe içərək istirahətlərini davam etdirə biləcəyi “Diamond Bar”;
• Ən son texnologiyalarla təchiz edilmiş, elektronik və manuel idman alətlərinin mövcud olduğu 200 m2-lik sahəsi olan Fitness Center;
• Fizioterapiya, Hidroterapiya və Masaj bölmələrində öz sahəsinin yüksək səviyyəli mütəxəssislərindən ibarət heyətin qonaqlarımızın sağlamlığı üçün xidmət göstərəcəyi 400 m2 sahəsi olan SPA Mərkəzi;
• 5-ci mərtəbədə təbii otlarla hazırlanmış çay terapiya bölməsi ;
• Daxilində Türk Hamamı və Sauna bölmələrinin də olduğu Yarım Olimpik Qapalı Üzmə Hovuzu;
• Qonaqlarımızın alış-veriş edə biləcəyi, uşaqların rahatlıqla əylənə biləcəyi və özlərinin də bir sıra digər xidmətlərindən faydalana biləcəyi –Mini Market,Aptek,Açıq Üzmə Hovuzu,Kişi salonu və Qadın gözəllik salonundan ibarət hissə;
• Ürəyinizcə əylənə biləcəyiniz Disco Bar;
• Şam ağaclarından ibarət bağçada açıq üzmə hovuzu və qonaqların əylənməsi üçün açıq havada olan futbol meydançası;
• Eyni vaxtda 50 avtomobilin saxlanması üçün nəzərdə tutulmuş açıq avtopark.



GOLD&SPA NAFTALAN-nın tibbi xidmətlər bölümü


Otelin Tibbi bölməsi isə aşağıdakı hissələrdən ibarətdir :
• Naftalan Terapiya Mərkəzi
• Fizioterapiya və SPA
• Poliklinika
Naftalan Terapiya Mərkəzi 21 vanna otağından ibarətdir.Vanna otaqlarından 19-u naftalan, 2-si isə aroma və mineral vannalar üçündür. Naftalan vannalarından 11-i qadın,8-i isə kişilər üçün nəzərdə tutulub.Naftalan Terapiya Mərkəzində peşəkar tibbi heyət xəstələrin naftalan vannaları prosedurları üçün xidmət göstərir.

Fizioterapiya və SPA Mərkəzinin:


Fizioterapiya hissəsində xəstələrin naftalan vannalarına paralel olaraq fizioterapiya prosedurları ilə müalicəsi aparılır. Fizioterapiya prosedurlarına misal olaraq Ozonoterapiya,Elektroterapiya,Lazerterapiya,Maqnitoterapiya,Hidrokolonoterapiya,,Masaj-Manipulyasiya-Traksiya,İnfraqırmızı şüalanma,parafin, xüsusi inyeksiyalar və xüsusilə İqloterpiyanı misal göstərmək olar.
SPA hissəsində Klassik masaj, Əl-ayaq masajları,Bütün növ skrab masajları(yaşıl-çay kremli skrab masajı,kofe-skrab masajı,üz və bədən skrab masajı, şam skrab masajı) və.s növləri üzrə xidmət göstərir.
Otelimizin birinci mərtəbəsində yerləşən 10 şöbədən ibarət Poliklinika geniş spektrli diaqnostika və müalicə xidməti göstərir. Poliklinika aşağıdakı şöbələrdən ibarətdir :
• Kardiologiya;
• Ginekologiya;
• Urologiya;
• Nevropatologiya;
• Ültra səs müayinəsi;
• Dermatologiya;
• Laboratoriya;
• LOR həkim müayinəsi;
• Terapevt müayinəsi;
• Təcili Yardım..


Naftalan nefti və müalicə istiqamətləri haqqında:


Naftalan nefti qatı konsentrasiyalı, qara-qəhvəyi rəngli özünəməxsus ətirli yanmayan mayedir. Naftalan neftinin əsas təsiredici maddəsi naften karbohidratlarıdır. Bu neft ağrıkəsici, iltihab əleyhinə, damargenişləndirici, antiallergik, mübadilə proseslərinin intensivliyini aktivəşdirən xüsusiyyətlərə malikdir. Bundan başqa Naftalan neftinin spermatogenez proseslərinin stimuledici, ovulyasiya və ovogenez proseslərinin tezləşdirici xassələri də mövcuddur. Naftalan nefti ilə 70-dən çox xəstəliyin müalicəsi aparılır. Əsas müalicə istiqamətləri aşağıdakılardır :
• Artologiya (Dayaq-hərəkət sitemi xəstəlikləri);
• Ginekologiya;
• Urologiya;
• Dermatologiya (Dəri xəstəlikləri);
• Nevrologiya (Sinir sistemi xəstəlikləri);
• Angiologiya (Periferik damar xəstəlikləri);
• Otorinolaringologiya (Qulaq-burun-boğaz xəstəlikləri).

Paket qiymətinə daxildir:


Ən azı 1 həftə qalanlar üçün;
1. Aqat restoranında səhər, nahar, axşam yeməkləri, yemək vaxtlarında su və çay;
2. Hər gün otaqlarda su və çay;
3. Check up müayinə;
4. Həkimlərin məsləhət görəcəyi sayda və müddətdə neft vannalarından istifadə;
5. Yarım-olimpik qapalı üzmə hovuzu,açıq üzmə hovuzu,türk hamamı ve saunadan istifadə;
6. Tam təchizatlı elektronik və mexaniki fitness avadanlıq və xidmətlərdən istifadə;
7. Wi-Fi internet xidmətindən istifadə.

Günlük qiymətə daxildir:


1 həftədən az (1-6 gün arası) qalanlar üçün,
1. Aqat restoranında səhər, nahar, axşam yeməkləri, yemək vaxtlarında su və çay;
2. Hər gün otaqlarda su və çay;
3. Yarım-olimpik qapalı üzmə hovuzu, açıq üzmə hovuzu,türk hamamı ve saunadan istifadə;
4. Tam təchizatlı elektronik və mexaniki fitness avadanlıq və xidmətlərdən istifadə;
5. Wi-fi internet xidmətindən istifadə.


QİYMƏTLƏRƏ DAXİL OLMAYAN XİDMƏTLƏR:


1. Gündə 3 dəfə yeməkdən başqa əlavə yemək və içkilər;
2. Otaqlara içki və yeməklərin gətirilməsi;
3. Minibar;
4. Telefon;
5. Kişi Bərbəri;
6. Qadın Gözəllik Salonu;
7. Camaşırxana;
8. Bir sıra fizioterapiya prosedurları (tibbi masajlar, parafin və dərman preparatları).
Служба поддержки на курорте Нафталан
Менеджер службы поддержки с удовольствием ответит на все Ваши вопросы, относящееся к санаториям Нафталана, поможет с бронированием номера по самым низким ценам, организует бесплатные трансферы и экскурсии из Нафталана. Пишите или звоните прямо сейчас!
Задать вопрос 24/7