NAFTALAN NEFTİNİN TARİXİ

NAFTALAN NEFTİNİN TARİXİNaftalan şəhəri Bakıdan 360 km qərbdə, Goran Dəmir yolu stansiyasından 18 km aralı, dağətəyi düzənlikdədir. Dəniz səviyyəsindən isə 210-270 m yüksəklikdə yerləşir. Yayı isti, qışı yumşaqdır. Orta illik temperaturu 14,8 dərəcədir. Küləyin hərəkət sürəti 4 m/san, şəhərin ümumi sahəsi 518 hektar, əhalisi isə 8 min nəfərdir.

"Naftalan" sözünün etimologiyası bu ərazidə çıxan neftlə əlaqədardır. Ehtimala görə, hələ qədimdən təbii şəkildə çıxan "Nafatalan" neftinin müalicəvi əhəmiyyətini bilən xüsusi adamlar onu tuluqlara doldurub dəvə karvanları ilə müxtəlif yerlərə apararaq, satmışlar. Naftalan (neft alan) adının da elə buradan yarandığı ehtimal olunur. Naftalan neftindən müalicə məqsədi ilə istifadə olunmasına dair ilk yazılı məlumat XII-ci əsrə aiddir. Naftalan neftinin texniki istismarına isə XIX əsrin 70-ci illərindən başlanmışdır.
NAFTALAN NEFTİNİN TARİXİ
XIX əsrin axırlarında Azərbaycanda sənaye neftinin çıxarılmasının sürətlə inkişafı dövründə, yəni 1892-ci ildə alman mühəndis-konssioneri Y.İ.Eger ilk dəfə Naftalan çıxarmaq üçün buruq quyuları qazdırmışdır. Hətta o, Naftalan neftindən Naftalan mazı almaq üçün şəhərdə kiçik zavod tikdirmişdir. Həmin zavodda "Naftalan" və "Kojelon" adlı preparatlar hazırlanırdı. Hazırlanan dərman preparatları isə Almaniyanın vasitəçiliyi ilə Yaponiyaya, Amerikaya, İngiltərəyə, Hollandiyaya və başqa kapitalist ölkələrinə satılırdı. Eyni zamanda o illərdə Almaniyada Naftalanla bağlı 2 səhmdar cəmiyyət - "Maqdenbuq - Naftalan", "Drezden - Naftalan" cəmiyyətləri fəaliyyət göstərirdi ki, onlar da Naftalan neftindən dərman preparatları hazırlayırdı. Naftalan neftinin reklamı ilə əlaqədar məşhur Alman dermotoloqu P.P.Unna 1903-cü ildə demişdir: "Kimin Naftalanı varsa, onun hər heyi var". Eləcə də tarixi faktlardan məlumdur ki, 1904-1905-ci illərdə Rus-Yapon müharibəsi zamanı əsr düşən Yapon əsgərlərinin təcili yardım çantalarında Naftalan mazı ilə dolu bankalar tapılmışdır. Bu da onu göstərir ki, Naftalan neftinin dünyada analoqu olmadığı üçün o, unikal müalicəvi əhəmiyyətə malikdir.

NAFTALAN NEFTİNİN TARİXİ
Azərbaycanda neft sənayesi 1920-ci ildə milliləşdirildikdən sonra Naftalan neftinin qazma yolla çıxarılmasına başlanmışdır. Eyni zamanda 1928-ci ildən etibarən Azərbaycanda Naftalan neftinin müalicəvi əhəmiyyətini öyrənmək üçün tədqiqat işləri aparılmışdır.

Həmçinin 1938-ci ildə Azərbaycan Elmi-Tədqiqat tibbi bərpa və təbii amillərlə müalicə institutunda Naftalan eksperimental laboratoriyası yaradılmış və Naftalan neftinin bioloji və müalicəvi təsiri öyrənilməyə başlanmışdır. Eləcə də 1965-ci ildə Naftalan kurortunda Elmi-Tədqiqat laboratoriyasi yaradılmışdır.

NAFTALAN NEFTİNİN TARİXİ
Azərbaycanda Naftalan neftinin tərkibinin öyrənilməsində akademik Y.Q.Məmmədəliyevin, professor T.H.Paşayevin, S.Ə.Quliyevanın və tibb elmləri doktoru T.H.Hüseynovun böyük xidmətləri olmuşdur.

Kurort şəhəri olan Naftalan 1967-ci ilə qədər müxtəlif dövrlərdə Goranboy və Yevlax rayonlarının tərkibində qəsəbə kimi fəaliyyət göstərmişdir. Naftalan kurortu isə əsasən 1935-ci ildə yaradılmışdır. 1967-ci ildə keçmiş Sovetlər İttifaqının ən böyük sağlamlıq ocaqlarından biri olduğuna görə Respublika hökumətinin qərarı ilə ona Respublika tabeliyində şəhər statusu verilmişdir.

NAFTALAN NEFTİNİN TARİXİ
Naftalan kurortunun əsas inkişafı 1970-1980-ci illərdə olmuşdur. O dövrdə ölkə rəhbəri işləmiş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev cənablarının təşəbbüsü ilə Naftalan kurortu daha da inkişaf etmiş və böyük şöhrət qazanmışdır. Hətta, 19 fevral 1982-ci ildə Azərbaycan K.P. MK-nın, Azərbaycan SSR Nazirlər Sovetinin və Azərbaycan Həmkarlar İttifaqı Şurasının "Naftalan kurortunun daha da inkişaf etdirilməsi haqqında" birgə qərarı olmuşdur. Məhz bu qərarın nəticəsində Naftalan kurort şəhəri kimi daha da böyümüşdür.
NAFTALAN NEFTİNİN TARİXİ
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Respublikamızda apardığı quruculuq işləri sayəsində Naftalan şəhəri daha da inkişaf etmişdir. Belə ki, Naftalan şəhərində yeni xiyabanlar salınmış və çoxmərtəbəli yaşayış binaları tikilmişdir. Eləcə də həmin dövr ərzində əhaliyə məişət xidməti kombinatı, 400 yerlik kinoteatr binası, hava limanı, Avtovağzal, dördmərtəbəli Telekommunikasiya qovşağı və doqquzmərtəbəli mehmanxana binası tikilib istifadəyə verilmişdir.
NAFTALAN NEFTİNİN TARİXİ
Служба поддержки на курорте Нафталан
Менеджер службы поддержки с удовольствием ответит на все Ваши вопросы, относящееся к санаториям Нафталана, поможет с бронированием номера по самым низким ценам, организует бесплатные трансферы и экскурсии из Нафталана. Пишите или звоните прямо сейчас!
Задать вопрос 24/7